Öcalanın qardaşı oğlu intihar etdi
Tarix: 11-11-2015, 14:43 | Çap et
Öcalanın qardaşı oğlu intihar etdi
Terror təşkilatı PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın Avstriyanın paytaxtı Vyanada yaşayan və 8 aydan bu yana xəbər alına bilməyən qardaşı oğlu, 36 yaşındakı Hüseyn Yıldırımın cəsədi tapılıb.

Modern.az xarici mediaya istinadən bildirir ki, intihar etdiyi təxmin edilən Yıldırımın cənazəsi dəfn edilmək üzrə Türkiyəyə göndərilib.

8 ay əvvəl itkin düşən Hüseyn Yıldırımın tapılması üçün təhlükəsizlik güclərinə müraciət edilib. Ancaq aradan keçən müddətdə Yıldırım tapılmayıb. Bir neçə gün əvvəl Yıldırım ailəsinin oturduğu bölgə yaxınındakı bir anbarda gələn pis qoxular üzərinə edilən araşdırmada, Hüseyn Yıldırımın cəsədi tapılıb.

Aparılan araşdırmada iplə özünü asaraq intihar etdiyi müəyyən olunan Yıldırımın cəsədi ailəsinə təslim edilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net