"Sovetski"də gül satanı bıçaqladı, 3 il iş aldı
Tarix: 11-11-2015, 13:26 |
Çap et
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirli bilinən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Azad Məcidov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, Rauf Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprelin 25-də Yasamal rayonu ərazisində, "Sovetski" adlanan küçədə baş verib. Gül satışı ilə məşğul olan Əjdər Ağadadaşov bıçaqlanıb. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rauf Abbasov saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Rauf Abbasov ilkin ifadəsində hadisənin söyüş üstündə baş verdiyini deyib.