Flora xanım xəstəliyinin səbəbini açdı
Tarix: 11-11-2015, 13:21 |
Çap et
Mənim xəstəliyim ana nisgilidir, qızım üçün darıxıram.
Bu sözləri son günlərdə səhhəti ilə bağlı problem yaşayan xalq artisti Flora Kərimova Axar.az-a danışarkən deyib:
“Qızım Zümrüdün gedişinə görə özümü pis hiss edirəm. O, həmişə gələndə bir aydan çox burada qalırdı, indi isə işləri ilə bağlı tez gedəsi oldu. Ondan doya bilmədim. Düzdür, qızımla da, oğlumla da hər gün telefonla danışıram. Amma yanımda olmaları başqa bir şeydir.
Qızım üçün çox darıxıram, buna görə də hər gün təzyiqim qalxır. İndi isə arzum odur ki, övladlarım, nəvəm geri dönsün və biz həmişə birlikdə yaşayaq”, - xalq artisti bildirib.