Yerevanda qadın özünü və iki uşağını yandırdı
Tarix: 11-11-2015, 12:36 |
Çap et
Noyabrın 10-da axşam saatlarında qadın iki uşağı ilə birgə intihara cəhd edib.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, polis intihara cəhdin qarşısını alıb. Əl-ayağı yanan 40 yaşlı Lusine S. yanıq mərkəzinə yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Övladları 5 yaşlı Q. və 2 yaşlı M. isə hadisə zamanı ciddi xəsarətlər almayıblar.