
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda terakt baş verib.
Axar.az xəbər verir ki, PKK terrorçularının yola quraşdırdığı bombanın partlaması nəticəsində 3 polis zabiti şəhid olub, 1 nəfər isə yaralanıb.
Bölgəyə xeyli təhlükəsizlik qüvvəsi cəlb olunub, terrorçuların tutulması üçün əməliyyat aparılır.

