Fransa Şengen razılaşmasını niyə dayandırdı?
Tarix: 11-11-2015, 10:55 |
Çap et
Fransanın Azərbaycandakı səfirliyi Şengen razılaşmasının qüvvədə olma müddətinin bu ölkədə müvəqqəti dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Fransa səfirliyindən "Report"a bildiriblər ki, bu qərar Parisdə iqlim üzrə Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar qəbul edilib və Azərbaycan vətəndaşlarına vizaların verilməsinə təsir etməyəcək.
"Bu il noyabr ayının 13-dən dekabr ayının 13-dək Parisdə keçiriləcək COP21 iqlimin dəyişməsi məsələləri üzrə Beynəlxalq Konfrans ilə əlaqədar Fransada daxili sərhəd nəzarətinin bərpa olunmasına baxmayaraq, Fransa səfirliyi vizaları adi rejimdə verməyə davam edəcək", - səfirlikdən bildiriblər.