"D Artanyan və 3 müşketor" filminin rejissoru vəfat edib
Tarix: 11-11-2015, 10:54 |
Çap et
Rusiya və Ukraynanın əməkdar incəsənət xadimi, məşhur rejissor Georqiy Yunqvald-Xilkeviç vəfat edib.
"Report" xəbər verir ki, noyabrın 3-dən Botkin adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 81 yaşlı kinorejissor bu səhər dünyasını dəyişib.
Georqiy-Yunqvald-Xilkeviç 1934-cü ildə Daşkənddə anadan olub. 1966-1990-cı illərdə Odessa kinostudiyasında çalışıb. Kinorejissor həmçinin, "Özbəkfilm" və "Tadcikfilm"də filmlər çəkib.
O, sovet kinosunun məşhur simalarından olub. Georqiy Yunqvald-Xilkeçiv ekranlaşdırdığı filmlər arasında "D Artanyan və 3 müşketor", "İf qalasının məhbusu", "Ax, vodevil, vodevil", "Müşketorlar 20 ildən sonra" və s. məşhur filmlər var.