Hansı tələbələrin təqaüd alacaq? - Rəsmi Açıqlama
Tarix: 11-11-2015, 10:33 | Çap et
Hansı tələbələrin təqaüd alacaq? - Rəsmi Açıqlama
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” sərəncam imzalayıb.

Ölkə başçısının sərəncamına əsasən tələbələrin təqaüdləri artırılacaq, bundan əlavə ilk dəfə ödənişli əsaslarla təhsil alan tələbələr də təqaüd ala biləcəklər.

Hansı tələbələr təqaüd ala biləcək? Bu özəl ail təhsil müəssisələrinə də şamil ediləcəkmi?

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV ilə iş sektorunun müdiri Cəsarət Valehov prezident sərəncamını şərh edərkən bildirib ki, bu sərəncamla ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq. Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun.

C.Valehov qeyd edib ki, prezidentin sərəncamı təqaüdün həqiqi təyinatını ortaya qoydu: “Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəriclərə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvəllcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər. Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır”.

C. Valehovin fikrincə, sərəncamda ikinci mühüm məsələ məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur. Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər.

“Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təaqüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənnləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər.Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net