Müxalifət Pənah Hüseynin iddialarını qeyri-ciddi saydı
Tarix: 10-11-2015, 17:24 | Çap et
Müxalifət Pənah Hüseynin iddialarını qeyri-ciddi saydı
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a müsahibəsində parlament seçkiləri zamanı səs toplamamasını AXCP və Müsavat Partiyasının seçkiləri boykot etməsi ilə əlaqələndirib. Onun sözlərinə görə müxalifətin seçkiləri boykot etməsi hakimiyyətin xeyrinə nəticələnib.

Pənah Hüseyn deyib ki, adı çəkilən partiyaların seçkiləri boykot etməsi onun 1500 əlavə səs toplaya bilməməsinə gətirib çıxarıb. Pənah Hüseyn Müsavat Partiyasının seçkilərə bir neçə gün qalmış boykot qərarı verməsini həm də anlaşılmaz qərar kimi dəyərləndirib.

Modern.az saytı AXCP və Müsavat Partiyalarından Pənah Hüseynin fikirlərinə münasibət öyrənməyə çalışıb.

AXCP sədrinin müavini Nurəddin Məmmədli seçkilərlə bağlı çoxlu sayda fikirlərin söylənildiyini xatırladaraq, deyib ki, artıq nəsə əlavə etməyə ehtiyac yoxdur.

“Azərbaycanda seçkilərin boykot edilməsi Azərbaycan müxalifətindən çox cəmiyyətin sifarişi idi. Əgər xalq seçkini boykot edirsə, ona siyasətçilərin qarışması ən azı ağılsızlıqdır. Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun təmsil olunduğu Milli Şura bu reallığı nəzərə almaqla seçkini boykot etmək qərarı verdi. Bu qərar beynəlxalq aləmdə də dəstəkləndi. Seçkilərdə iştirak edən insanların hamısının səsini Pənah Hüseyn alsa belə, nə dəyişəcəkdi?! Seçkinin nəticələri əvvəlcədən məlum idi.

Pənah Hüseyn guya, 100% səs alsaydı nə dəyişəcəkdi?! Onsuz da parlamentə keçəsi deyildi. Pənah bəy bir şeydə səhv edir ki, Azərbaycanda bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun təmsil olunduğu Milli Şuradan kənarda müxalifət yoxdu. Bu, artıq sübut olunmuş həqiqətdir. Artıq cəmiyyət də müxalifətin niyə birləşməməsini tələb etmir. Müxalifət yoxdu. Bu reallığı özünü müxalifət hesab edənlər qəbul etsə, Azərbaycan uğurları da çox olacaq”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə Pənah Hüseynin dediklərinə belə cavab verib.

“Pənah Hüseyndir də... Başa düşmürsə düşmür, nə edək?! Deyilənlər Pənah Hüseynin subyektiv fikridir. Dediklərini təsdiq edəcək fakt ortaya qoysa, mən ona cavab verərəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net