Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlandı
Tarix: 10-11-2015, 16:42 | Çap et
Bakıda Avstriya vətəndaşının evindən külli miqdarda pul oğurlandı
Bakıda yaşayan xarici vətəndaşın evindən külli miqdarda pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Avstriya vətəndaşı, 1967-ci il təvəllüdlü Kuermayr Mixaelin Bakı şəhəri, Süleyman Rüstəmov küçəsində yerləşən evindən oğurluq edilib. Naməlum şəxs onun evinə açar seçməklə daxil olub və 4000 funt-sterlinq oğurlayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsində araşdırma aparılır.

Qeyd edək ki, Kuermayr Mixael Bakıdakı şirkətlərin birində ofis meneceri vəzifəsində çalışır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net