Seçkilərin yekun nəticəsi nə vaxt elan olunacaq? - RƏSMİ MÖVQE
Tarix: 10-11-2015, 16:15 | Çap et
Seçkilərin yekun nəticəsi nə vaxt elan olunacaq? - RƏSMİ MÖVQE
Azərbaycanda baş tutan parlament seçkilərinin üstündən bir həftədən çox vaxt keçir.

Qanunvericiliyə görə, seçkilərin son nəticəsi nə vaxt elan olunacaq? Mübahisəli dairələrlə bağlı məsələ necə olacaq?

Qeyd edək ki, 63 saylı Sabirabad birinci, 35 saylı Xətai üçüncü və 95 saylı Tərtər seçki dairələrində iştirak etmiş bir qrup namizədlər seçkilərdə saxtakarlığın olduğunu iddia ediblər. 63 saylı dairədən namizəd olan AXP sədri Pənah Hüseyn bəyanatında qanun pozuntularından bəhs edib və elan edilmiş nəticələri tanımadığını deyib.
Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamasında hüquqi prosedurların həyata keçirildiyini deyib. “İlk şikayətimiz verilib. İki məntəqənin yenidən sayılmasını istəmişik. 18 və 26 saylı seçki məntəqələrinin protokollarını bizə verməyiblər. O iki məntəqə ilə də Araz Əlizadəni qalib elan ediblər. Araz Əlizadənin faktiki olaraq 900 səsi var. 1290 səs də hərbi hissədən ona verilib. Dairə sədri barədə Baş Prokurorluğa şikayət edəcəyik”.
95 saylı Tərtər seçki dairəsi də ən çox müzakirə olunanlar sırasındadır. Narazı namizəd Şəhriyar Məcidzadənin (Tərtər Rayon İcra Hakimiyyətinin sabiq başçısı Sərdar Həmidovun oğlu) seçki qərargahı isə bəyanatında qanun pozuntularından bəhs edib və ortaya konkret faktlar qoyub. Məlumata görə, hazırda hər üç seçki dairəsi ilə bağlı araşdırmalar gedir və bu dairələrdə seçkilərin nəticələri ləğv oluna bilər.
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli bildirib ki, quruma daxil olan müraciətlər araşdırılır:

“MSK bütün müraciətləri operativ formada araşdırır. Namizədlərin şikayətləri qurumun iclasına çıxarılıb müzakirə olunur. Seçkilərlə bağlı son qərara gəldikdə isə qanunvericiliyə görə, seçki bitdikdən 20 gün müddətində nəticələr Konistitusiya Məhkəməsinə göndərilir, məhkəmə də 10 gün ərzində nəticələri təsdiq edir. Yalnız bundan sonra seçkidə qalib olan şəxslər deputat elan oluna bilər. Müstəsna hal kimi isə Konsititusiya Məhkəməsi qərar vermə müddətini uzada bilər”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net