“Arvadımın telefonunda nömrəsini gördüm” - Qonşusunu bıçaqlayan kişi
Tarix: 10-11-2015, 15:06 | Çap et
“Arvadımın telefonunda nömrəsini gördüm” - Qonşusunu bıçaqlayan kişi
Şəmkir rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqla ölümcül yaralayıb. Səbəb isə Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.

22 yaşlı Elnur Xəlilov noyabr ayının 9-u axşam saatlarında üzərində bıçaq yaraları olan xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər dərhal əməliyyat otağına götürülən yaralının üzərində 4 bıçaq zərbəsi aşkarlayıb. Görülən təcili və təxirəsalınmaz tibbi yardımdan sonra Elnur Xəlilov həyati təhlükədən xilas olub. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlilovu bıçaqlamaqda şübhəli bilinən qonşusu 28 yaşlı Mövlan Məmmədov saxlanılıb. Şöbədə dindirilən Məmmədov cinayəti törətdiyini etiraf edib. O bildirib ki, Elnur Xəlilovu həyat yoldaşı ilə vaxtaşırı zəngləşdiyi üçün bıçaqlayıb:

“Arvadımın telefonunu yoxladım, onun nömrəsi çıxdı. Zəng elədim ona, mübahisəmiz yarandı. Onlar bizim evə hucuma gəldilər. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu, aşırtdı. Mən də cibimdən bıçağı çıxarıb, üzünə, sinəsinə vurdum”.

İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net