İŞİD-Taliban savaşı başladı: İlk qətl
Tarix: 10-11-2015, 14:46 |
Çap et
İŞİD Taliban komandirini qətlə yetirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Sinxua” agentliyi yayıb. Hadisə Əfqanıstanın Zabul vilayətində baş verib. İŞİD kamikadzesi Taliban döyüşçülərinin arasına girərək özünü partladıb. Nəticədə Taliban liderlərindən olan Molla Pir Aqxa həlak olub. Zabul quberniyasının “kölgə qubernatoru” olan Molla Mati isə yaralanıb.
Qeyd edək ki, bu, İŞİD-in Talibana qarşı ilk hücumudur.