AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA
Tarix: 10-11-2015, 13:53 | Çap et
AZAL-ın təyyarələri Şarm-Əl Şeyxə uçmurlar - AÇIQLAMA
Rusiyaya məxsus Airbus A 321 təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasından sonra bir sıra ölkələr Şarm-Əl-Şeyxə təyyarə reyslərini təxirə salırlar. Sərnişinlərin təhkükəsizliyi baxımından onlar Misirin məşhur turizm məkanı olan Şarm-Əl-Şeyxə uçuşları dayandırmaq məcburiyyətində qaldıqlarını bildiriblər.

Şarm-Əl-Şeyx eyni zamanda Azərbaycan vətəndaşlarının da istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Bu dəhşətli qəzadan sonra “Azərbaycan Hava Yolları”nın (AZAL) təyyarələri bu istiqamətdə hərəkət edirmi? Son hadisələr uçuşlara təsir edibmi?

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Modern.az-a bildirib ki, onların bu istiqamətdə təyyarə reysləri yoxdur:

“Bizim bu istiqamətdə reyslərimiz yoxdur. Ümumiyyətlə, bizim uçuş istiqamətləri üzrə heç bir təhlükə yoxdur və sərnişinlərimizin təhlükəsizliyi tam təmin edilib”.

Şarm-Əl-Şeyxdən Sankt-Peterburq şəhərinə uçan Airbus A 321 təyyarəsi oktyabrın 31-də qəzaya uğrayıb. Sinay yarımadasında yerə düşən hava gəmisindəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.

Bəzi mənbələr təyyarənin texniki səbəbdən qəzaya uğradığını, digərləri isə terror aktı nəticəsində, daha konkret İŞİD terror təşkilatı tərəfindən vurulduğunu və ya partladıldığını iddia edirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net