Rusiya aviaşirkəti Azərbaycana uçuşlar planlaşdırır
Tarix: 10-11-2015, 12:00 | Çap et
Rusiya aviaşirkəti Azərbaycana uçuşlar planlaşdırır
Rusiyanın "Komiaviatrans" hava yolu şirkəti tezliklə Kaluqa-Bakı, Samara-Bakı və Nijnıy-Novqorod-Bakı istiqamətləri üzrə reyslər açmağı planlaşdırır.

Bunu Trend-ə aviaşirkətin baş direktorunun müavini, kommersiya direktoru Roman Titov deyib.

Onun sözlərinə görə, bu reyslərin açılması təqribən dekabr ayına planlaşdırılıb: "Bakıya reyslərin açılması şirkətin yeni istiqamətlərdə işə salınacaq "Embraer-145" təyyarələrini almasından asılıdır".

R.Titov qeyd edib ki, təyyarələrin dekabrda alınması gözlənilir, lakin bu tarix dəyişə bilər: "İlkin mərhələdə qeyd edilən istiqamətlər üzrə uçuşlar həftədə bir dəfə həyata keçiriləcək, lakin gələcəkdə uçuşların tezliyinin artırılması imkanına baxıla bilər. Təyyarələrin 50 oturacaq yerli olacağı nəzərdə tutulub".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net