“Sözün əsil mənasında manyak olacağam”
Tarix: 10-11-2015, 11:10 |
Çap et
Aktyorun roluna qiymət vermək lazımdır, şəxsiyyətinə deyil.
Bu sözləri xalq artisti Ramiz Novruz tamaşaçıların onun rollarına qarşı münasibəti haqda Axar.az-a danışarkən deyib:
“Artıq XXI əsrdir. Tamaşaçı bilməlidir ki, əgər bu aktyordursa, deməli, hər rolu ifa etməlidir. Məsələn, mən teatrda “Hamlet” tamaşasında mənfi obraz yaratmışam, serialda isə müsbət – bunların hamısına teatr dünyasında keçişlər deyirlər. Tamaşaçının da bu keçişləri anlaması lazımdır.
İndi yeni çəkildiyim filmdə sözün əsil mənasında manyak olacağam. Psixologiyası pozulmuş bir adamı canlandırıram. Bu filmin süjet xətti bir az Hollivud filmlərinin ssenarilərini xatırladır, Azərbaycan kinosuna bir qədər yaddır. Amma inanıram ki, çox uğurlu olacaq və tamaşaçı da bunu qəbul edə biləcək”.