İlham Əliyev AMEA-nın 70 illik yubileyində
Tarix: 9-11-2015, 12:31 | Çap et
İlham Əliyev AMEA-nın 70 illik yubileyində
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçirilir.
Vertikal.az xəbər verir ki, akademiyanın əsas binasında keçirilən yubiley tədbirində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Tədbirə dövlət və hökumət rəsmiləri, akademiklər, ictimai-siyasi xadimlər, universitet rektorları, AMEA-nın əməkdaşları qatılıblar.

Xatırladaq ki, SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə Azərbaycan Elmlər Akademiyası yaradılıb. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi tədqiqat institutu, elmi tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubada elmi bazaları var idi.

Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi üzv seçildi.
1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçildi. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947-1950, 1958-1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013) akademiyanın prezidenti olublar.
2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.

Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net