Azərbaycan dövlətindən Dubay vətəndaşlarına daha bir güzəşt
Tarix: 9-11-2015, 11:34 |
Çap et
Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Azərbaycana sadələşdirilmiş qaydada gələ biləcəklər.
Bu barədə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi məlumat verib.
Məlumata əsasən bu ölkənin vətəndaşları Azərbaycana daxil olmaq üçün Azərbaycanın istənilən beynəlxalq hava limanından viza əldə edə biləcəklər. Viza 30 gün müddətində etibarlı olacaq. Qayda noyabrın 10-dan qüvvəyə minəcək.