Əfqanıstanda terror aktında tanınmış din xadimi həlak olub
Tarix: 6-11-2015, 16:23 | Çap et
Əfqanıstanda terror aktında tanınmış din xadimi həlak olub
FaktXəbər-in verdiyi məlumata görə, Əfqanıstanda terror aktı zamanı tanınmış din xadimi Cilani Urfani həlak olub. Belə ki, onun avtomobilinə bərkidilmiş maqnitli mina partlayıb.

Faciə Qazni əyalətinin eyniadlı administrativ mərkəzində Şamir məhəlləsində baş verib. Qeyd edək ki, bu şəhər hökumət qüvvələri ilə terror qruplaşmalar arasında qanlı döyüşlərin getdiyi ərazilərdən biridir.

Hələ ki, heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Urfani mədəni-maarif işləri ilə tanınan nüfuzlu din xadimlərindən biri olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net