Azərbaycanlı satıcı rus məmurların qəzəbinə tuş gəldi
Tarix: 6-11-2015, 15:17 |
Çap et
Rusiyada azərbaycanlı satıcının əlindən 500 kiloqramlıq meyvə-tərəvəzlərini alıblar.
ANS PRESS-in məlumatına görə, Rostov sahəsinin baytarlıq idarəsinin əməkdaşları, Rostov şəhərinin administrasiyasının nümayəndələri və polisin apardığı araşdırmalara görə, azərbaycanlının mallarının müsadirə edilməsinə məhsulun keyfiyyəti və təhlükəsizliyini təsdiq edən sənədlərin olmaması səbəb olub.
Xarici KİV-lərin məlumatına görə, həmin şəxs Tolstoy meydanında icazəsinə yol verilməyən ərazidə alma, xurma, üzüm və pomidor və s. kimi meyvə-tərəvəz alveri ilə məşğul olub.
Ərzaqların saxlama və baytarlıq-sanitar qaydalarının pozulmasına görə, Rusiya Federasiyasının 10.8 maddəsinə uyğun olaraq, veterinar inspektor satıcıya inzibati protokol yazıb. Azərbaycanlının bütün məhsulları müsadirə edilərək, götürülüb və ərazidən aparılıb.
Dövlət baytarlıq inspektoru Salıx Dotduev deyib ki, bundan sonra da Rostovun icazə olunmamış yerlərində reydləri davam etdirəcəyik: "Tolstoy meydanın ərazisi satıcılar üçün çox əlverişli yerdir, lakin burada reallaşdırılan məhsulların keyfiyyətsizliyi şübhələr doğurur", - deyə inspekt əlavə edib.