Əfqanıstan Hindistandan vertolyot alır
Tarix: 6-11-2015, 13:36 |
Çap et
Məlumatlara görə, Əfqanıstan Hindistandan Rusiya istehsalı olan dörd Mi-25 hücum vertolyotu alır.
Bu arada ölkədə talibançıların hücumları artıb.
Əfqanıstanın milli təhlükəsizlik müşaviri Mohammad Hanif Atmar bu həftəsonu transferi yekunlaşdırmaq üçün Dehliyə gedir.
İlk dəfədir Hindistan Əfqanıstana hücum silahı satır.
Atmar əfqan xüsusi qüvvələrini Hindistanda təlim keçilməsi məsələsini də müzakirə edəcək. Bir əfqan rəsmisi belə deyib.