“ABŞ separatçılara yardım etməli deyil, münaqişənin nizamlanması ilə məğul olmalıdır"
Tarix: 6-11-2015, 13:32 | Çap et
“ABŞ separatçılara yardım etməli deyil, münaqişənin nizamlanması ilə məğul olmalıdır"
“Dağlıq Qarabağ münaqişəsi olduqca ağır münaqişədir. Çünki münaqişə nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olub. Hesab edirəm ki, Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, insanlar öz yurdlarına qayıtmalıdırlar”.

Bunu SalamNews-a müsahibəsində "Tool Shed Group" kompaniyasının rəhbəri Ceyson Katz (Jason Katz) deyib.

- Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Amma son zamanlar prosesdə passiv mövqe nümayiş etdirir.

- Düşünürəm ki, ABŞ Admnistrasiyası son beş illikdə passiv xarici siyasət yürüdür və göründüyü kimi bu vəziyyətlə regionda qalmaq istəmir. Çox təəssüf edirik ki, ABŞ Cənubi Qafqaz regionunda real addımlar atmır. Eyni zamanda ATƏT-in Minsk Qrupu bu ölkənin passivliyini bir daha biruzə verir.

- Yaxın Şərdə və Ukraynada cərəyan edən proseslər fonunda ABŞ-la Rusiya arasında yaranmış ziddiyyəti nəzərə alsaq, ATƏT-in Minsk qrupu çərçivəsində bu iki ölkənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində ortaq məxrəcə gələ bilmələri nə qədər real görünür?

- Bu olduqca ağır sualdır. Hesab edirəm ki, ABŞ-ın apardığı passiv siyasət regionda vakum yaradıb və onun mövcud olmaması hiss olunur. Aydındır ki, bunu ilk öncə Yaxın Şərq regionunda görürük. Əlbəttə ABŞ-ın yaratdığı vakumu başqa dövlət doldurur. Ona görə də, mən ölkəmin apardığı siyasəti yaxşı qarşılamıram. Bu səbəbdən açıq-aydın fikirlərimi bildirirəm. Bildiyiniz kimi, ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsi var. Bilmək lazımdır ki, hər üç dövlətin dondurulmuş münaqişələrlə bağlı ümumi bir strategiyası varmı? Əminliklə deyə biləcəyim məsələ budur ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmalıdır.

- Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin olmasına baxmayaraq, ABŞ zaman-zaman qondarma Dağlıq Qarabağ Respublikasına, eləcə də separatçı Ermənistan dövlətinə maliyyə yardımı ayırıb. Bu siyasəti necə analiz edərdiniz?

- Dağlıq Qarabağ respublika kimi heç bir dövlət tərəfindən tanınmayıb. Bu ancaq separatçı rejimdir. ABŞ separatçılara yardım etməli deyil, əksinə olaraq münaqişənin nizamlanması ilə məşğul olmalıdır. Ona görə ki, yardımlar qısa metrajlı və əhəmiyyətsiz olur. Münaqişənin daha tez bir zamanda həll edilməsi üçün konkret addımların atılması daha önəmlidir.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net