Mirmahmud Mirəlioğlu təmsil olunduğu blokun taleyindən DANIŞDI
Tarix: 6-11-2015, 12:39 | Çap et
Mirmahmud Mirəlioğlu təmsil olunduğu blokun taleyindən DANIŞDI
“Azadlıq-2015” blokunun fəaliyyətinin hansı formatda davam etdirilməsi ilə bağlı heç bir yenilik yoxdur.

Bu barədə Modern.az-a blokun üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

“ Məsələ blok üzvləri arasında müzakirəyə çıxarılacaq və partiyalar da bununla bağlı öz siyasi qərarlarını verəcəklər”,-deyə o bildirib.

Qeyd edək ki, “Azadlıq-2015” bloku parlament seçkiləri ilə bağlı yaradılıb.

Quruma Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net