"Sözümü tutmasam, bığımı qırxacam" - Prezident
Tarix: 6-11-2015, 12:37 | Çap et
"Sözümü tutmasam, bığımı qırxacam" - Prezident
Venesuela prezidenti Nikolas Maduro deyib ki, əgər hökumət ilin sonunadək kasıb ailələr üçün nəzərdə tutulmuş milyonuncu mənzili təhvil verməsə, o, bığını qırxacaq.

Avropa.info xəbər verir ki, o, bu haqda 2520 yaşayış binasının təhvil verilməsi mərasimində danışıb. Nikolas Maduro:

“Əgər 31 dekabradək milyonuncu mənzili təhvil verə bilməsək, özümə cəza tədbiri kimi bığımı qırxacam. Beləliklə hər kəs biləcək ki, biz sözümü tuturuq”.

Maduro mənzil tikintisi nazirinə üz tutaraq deyib:

“Bığımın taleyi sizin əlinizdədir cənab tikinti naziri”

Cavanlığında avtobus sürücüsü işləyən Maduronun bığı ölkənin kasıb əhalisi üçün fəhlə sinfinin simvoludur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net