Kürdlər PKK-ya qarşı: “Onlar İŞİD-ə yardım edir”
Tarix: 6-11-2015, 10:54 |
Çap et
PKK Sincar (Şimali İraq) vilayətinin İŞİD-dən təmizlənməsinə mane olur.
Axar.az xəbər verir ki, bu barədə Şimali İraq Regional Rəhbərliyinin peşmərgə qüvvələrinin komandiri Qasım Şeşo deyib.
O, PKK-nın İŞİD-ə yardım etdiyini bildirib:
“PKK Şimali İraqa müdaxilə etməklə bölgəyə mənfi təsir edir. PKK İŞİD terrorçularının Şimali İraqda fəaliyyət göstərməsinə yardımçı olur və Sincar vilayətini öz tabeçiliyinə keçirməyə çalışır. Bölgənin İŞİD-dən təmizlənməsində ən böyük maneə PKK-dır”.