Rus təyyarəsində bomba iddiası
Tarix: 6-11-2015, 10:29 |
Çap et
224 nəfərə məzar olan Rusiyanın qəzaya uğramış təyyarəsi ilə bağlı yeni iddialar ortaya atılıb. ANS PRESS-in məlumatına görə, Misirdən istirahətdən qayıdan rusları Sankt Peterburqa aparan təyyarənin Sinay yarmadası üzərində qəzaya uğraması ilə bağlı dah abir versiya irəli sürülür.
Bu versiya terrorla bağlıdır. İngiltərənin baş naziri Devid Kameron təyyarənin bomba ilə partladılması ehtimalının daha yüksək olduğunu deyib. Rusiya və Misir isə terror iddiası ilə bağlı İngiltərəni ittiham edib.
Bu versiyanın irəli sürülməsinə səbəb isə təyyarənin qalıqları üzərində balaca dəliklərin olmasıdır. ONların məhz partlayış nəticəsindinə qəlpələrin səbəb olduğu güman edilir.
Baş vermiş hadisədən sonra İngiltərə ilə Misir arasında təyyarə reysləri dayandırıb. Nəticədə yüzlərlə ingilis aeroportlarda qalıb. İngiltərə hökuməti isə vətəndaşlarının evakuasiyası üçün hərbi təyyarələrdən ibarət təhlükəsizlik heyətini Misirə göndərib.
Misirin xarici işlər naziri Samih Şükri İngiltərənin reysləri dayandırmasını yersiz və tələsik addım adlandırıb. "Araşdırma bitmədən terror hadisəsi deməyin heç bir mənası yoxdur".
Moskva da bu iddialar qarşısında səssiz qalmayıb. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov hadisənin səbəblərinin ancaq araşdırılmalarla ortaya çıxacağını deyib.
İngiltərə, Misir və Rusiyadan qəza ilə bağlı fərqli açıqlamalar gələn müddətdə mübahisələrə ABŞ-da qoşulub. Ağ ev rəhbəri Barak Obama əllərində kifayət qədər sübut olmadığını, lakin təyyarədə bomba olduğu ehtimalı üzərində dayandığını deyib.
Obama qəti qərara gəlməmişdən öncə özlərinin araaşdırma aparacağını, bomba ehtimalının da göz ardı edilməyəcəyini deyib.
"Koqalımavia" təyyarəsi oktyabrın 31-də saat 6:51-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi havaya qalxıb. Saat 7:14-də təyyarə radarların ekranından yoxa çıxıb. Qəza nəticəsində heyətdə daxil olmaqla 224 nəfər ölüb. Onların arasında onlarala uşaq da olub.