Tale Bağırzadə hakimiyyəti iğtişaşlarla hədələdi
Tarix: 6-11-2015, 09:50 |
Çap et
"Əziz müsəlmanlar. Bu rejim başını itirib. Onlar iğtişaşlara xalqı iğtişalara təhrik edirlər".
Avropa.info xəbər verir ki bunu facebook-da iranmeylli şiə dindarların lideri kimi tanınan Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə yazıb. O hökuməti hədələmkədən də çəkinməyib.
Artıq neçə vaxtı öz zülmkar mahiyyətlərini ortaya qoymaqdadırlar.İndi də, Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımlını evinə daxil olarkan polis saxlayıb.Və inanclı insanlar axın-axın Sabunçu Polis İdarəsinə gedirlər. Bir daha qeyd edirəm,ilahiyyatçı Elçin Qasımlıya hər hansı hüquqa zidd adım atılarsa bunun bədəlini sərt şəkildə ödəyəcəklər.Dərhal, qeydsiz-şərtsiz Elçin Qasımlının azad olunmasını tələb edirik!