Rusiya NATO-nun strategiyasını dəyişdirdi
Tarix: 5-11-2015, 17:27 | Çap et
Rusiya NATO-nun strategiyasını dəyişdirdi
NATO Yaxın Şərqdə qeyri-stabilliyin artması və Rusiyanın bölgədəki hərbi varlığını gücləndirməsinə görə cənub strategiyasını yeniləməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Faynənşl Tayms” qəzeti yazıb.

Ukrayna böhranından dolayı Şərqi Avropada güclənən NATO Rusiyanın Suriyaya girməsi ilə Aralıq dənizi regionunda öz nüfuzunu zəiflədib. Təşkilatın yaxın vaxtlarda sözügedən bölgədə güclənmək üçün bir sıra addımlar atacağı bildirilir.

Yeni cənub strategiyası çərçivəsində Aralıq dənizində kəşfiyyat fəaliyyətləri artırılacaq, böhran içərisində olan Yaxın Şərq və Şimali Afrika ölkələrinə məsləhət vermək üçün NATO əməkdaşları göndəriləcək. Bundan əlavə, bölgədəki daimi NATO qüvvələri əlavə hərbçilərlə təmin olunacaq.

Qeyd edək ki, ittifaqın yeni cənub strategiyası 1-2 dekabrda NATO xarici işlər nazirlərinin konfransında müzakirə olunacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net