“Elza Seyidcahan onları aldadıb” - MSK
Tarix: 5-11-2015, 16:44 |
Çap et
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmış Elza Qasımova (Seyidcahan) namizədliyini müdafiə edən iki seçicinin şikayətinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, MSK üzvü Validə Kazımova bildirib ki, vətəndaşlar Əhmədov Əhəd, Məmmədov Bəybala 54 saylı Şabran-Siyəzən seçki dairəsində seçkinin nəticələrinin ləğv edilməsi və yenidən seçki keçirilməsi MSK-ya müraciət edib.
MSK-nın Ekspert qrupu araşdırıb ki, şikayət üçün heç bir əsas yoxdur. Seçki günü baş vermiş saxtakarlıqla bağlı dairəyə heç bir şikayət etməyiblər.
Onlar DSK-da məşvərətçi səs hüquqlu üzv kimi qeydiyyatdan keçməyiblər. Müəyyən olunub ki, onlar namizəd Elza Qasımova tərəfindən işlə təmin edilməsi vədi altında aldadılıblar.
Qərara alınıb ki, seçkilərin ləğv edilməsi bağlı şikayətin qanuni əsası yoxdur və təmin edilməyib.