Türk torpaqları üçün 3 nəhəngin savaşı başladı
Tarix: 5-11-2015, 15:04 | Çap et
Türk torpaqları üçün 3 nəhəngin savaşı başladı
Vaşinqton indiyə qədər böyük siyasətdən kənarda qalmış Mərkəzi Asiyaya tam ciddi şəkildə müdaxilə etmək istəyir.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan mətbuatına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, ABŞ Dövlət katibinin Mərkəzi Asiya səfərini Vaşinqtonun regiona geri dönmək istəməsinin başlanğıcı kimi dəyərləndirmək lazımdır:

“Con Kerri və Yaponiya Baş naziri Sindzo Abenin səfərləri Mərkəzi Asiya üçün son siqnal idi. Mesaj isə bu idi ki, əgər öz aranızda əsil inteqrasiyanı başlatmasanız, o zaman situasiya ABŞ-dan asılı olmayan ssenari üzrə inkişaf edəcək. Kerrinin səfəri həm də region ölkələrinin yaxın gələcəklə bağlı daha düzgün qərar vermələrinə yardım edəcək. Üstəlik, ABŞ bazalarının yenidən Mərkəzi Asiyaya qayıtması planı da bunların içərisində olacaq. Biz artıq Türkmənistan və Özbəkistanın lazım olan istiqamətdə addımladığını görürük. Bununla da ABŞ bölgədə Rusiya-Çin əməkdaşlığının parçalanmasını reallaşdırır. Moskva və Pekin artıq ABŞ-ı bölgədə sıxışdıracaq aktiv qərarlar qəbul etməlidir. Yəni hər iki lider ölkə sonsuz planlaşdırma, razılaşdırma mərhələsindən çıxmalıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net