ASAN xidmət modeli İtaliya üçün nümunə göstərildi
Tarix: 5-11-2015, 13:13 | Çap et
ASAN xidmət modeli İtaliya üçün nümunə göstərildi
İtaliyanın “İl Primato Nazionale” nəşri bu ölkədə dövlət strukturlarının əhaliyə göstərdiyi administrativ xidmətlər sahəsində hökm sürən bərbad vəziyyətə son qoymaq üçün Azərbaycanın ASAN xidmət modelinin tətbiqinə çağırır.

Virtualaz.org saytı xəbər verir ki, italyan nəşri administrativ xidmətlərin bərbad olmasının bu ölkədə siyasətçilərə qarşı tənqidlərin əsasında dayandığını yazır.

Məqalədə bildirilir ki, İtaliya siyasi partiyaları seçki debatlarını bu xidmətlərin keyfiyyətini necə yaxşılaşdıracaqları üzərində qururlar, ancaq real nəticə çox vaxt ortaya çıxmır.

“Ancaq Qafqaz regionunda bir ölkə var ki, vətəndaşlara xidmət göstərmək üçün doğrudan da bütün dünyada öz effektivliyinə və şəffaflığına görə tanınan, təəccüblə qarşılanan model işləyib hazırlayıb. Biz Azərbaycan və onun ASAN xidmət modeli haqda danışırıq”- deyə “İl Primato Nazionale” yazır.

Məqalədə deyilir ki, ASAN xidmət mərkəzləri yaradılandan etibarən effektivliyi, şəffaflığı, məsuliyyəti və vətəndaşlar üçün rahatlığı əsas prinsipinə çevirib.

ASAN xidmətin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Azad Səfərli İtaliya nəşrinə açıqlamasında deyib ki, mərkəzin fəaliyyətə başlaması vətəndaşlarda dövlət institutlarına etimadı möhkəmləndirib.

“Şəffaflıq və korrupsiya ilə mübarizə ASAN xidmət üçün əsas devizdir. Bizim strukturlar güclü etika formalaşdırmağa imkan verir. ASAN xidmət sistemi 100 faiz şəffafdır və korrupsiyanı, rüşvəti istisna edir”- deyə A.Səfərli bildirib.

İtalyan nəşri ASAN xidmət mərkəzləri şəbəkəsinin getdikcə genişlənməsindən və göstərdiyi xidmətlərin sayının artmasından da geniş bəhs edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net