SEPAH-dan gizli əməliyyat: 3 ABŞ casusu tutuldu
Tarix: 5-11-2015, 12:49 | Çap et
SEPAH-dan gizli əməliyyat: 3 ABŞ casusu tutuldu
ABŞ-la Böyük Britaniya KİV-lərdə anti-İran kampaniyalarına siyasi və maliyyə dəstəyi göstəriblər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayıb. Məlumatda SEPAH-ın KİV-də çalışan bir sıra agentləri ələ keçirdiyi bildirilib. Casusluqda şübhəli bilinənlər iki illik müşahidədən sonra yaxalanıblar. Agentlərin əsas məqsədi İrandakı dissident jurnalistlər və media fəallarının seçilməsi olub. Bu isə Niderlandın dəstəyi ilə həyata keçirilib.

İranın “Mehr” agentliyi isə artıq ələ keçirilən 5 nəfərdən üçünün adını açıqlayıb. Bunlar iranlı aktivist İsa Saxarxiz, “Fərxixteqan” qəzetinin rəhbəri Ehsan Mazandarani, ingilis dilli “İran Deyli” qəzetinin redaktoru Afarin Çitzardır.

Qeyd edək ki, bundan öncə İranda ABŞ üçün casusluq edən Nəzər Zəkanın tutulduğu haqqında informasiya yayılmışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net