Müdafiə Nazirliyi ləğv olundu
Tarix: 5-11-2015, 12:46 | Çap et
Müdafiə Nazirliyi ləğv olundu
Noyabrın 5-də Qırğızıstan parlamenti yeni hökumətin tərkibini təsdiqləyib.

Səsvermə nəticəsində baş nazir Temir Sariyev və 15 nazirdən 12-si öz postunda qalıb.

Səsvermə zamanı hökumət strukturunda dəyişiklik də edilib. Müdafiə Nazirliyi ləğv olunaraq Müdafiə İşləri üzrə Dövlət Komitəsinə çevrilib. Əmək, Miqrasiya və Gənclər Nazirliyi isə Miqrasiya və Məşğulluq Xidməti statusu alıb. Bundan başqa, güc strukturlarına nəzarət edən baş nazir müavini postu ixtisar edilib.

Hökumətdə ilk dəfə olaraq iki holdinq yaradılıb: Energetika Holdinqi və Dövlət Əmlakı İdarəçiliyi Holdinqi. Ləğv olunmuş Energetika və Sənaye Nazirliyinin funksiyalarının bir hissəsi Energetika Holdinqinə verilib (novator.az).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net