Rus qadının əmlakını ələ keçirən vəkilə AĞIR CƏZA
Tarix: 5-11-2015, 12:26 |
Çap et
Bu gün Bakı Ağır Məhkəməsində dələduzluqda təqsirləndirilən Eldəniz Kərimovun və Nurlan Rəhimlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Eldəniz Kərimov 7 il, Nurlan Rəhimli isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar istintaq zamanı zamində olublar. Hər iki şəxs məhkəmə zalındaca həbs ediliblər.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələzduzluq maddəsi ilə ittiham olunur. Onlar dələduzluq yolu ilə kimsəsiz milliyətçə rus olan qadının əmlakını ələ keçiriliblər.
Onu da bildirək ki, təqsirləndirilən şəxslərdən E.Kərimov vəkil olub.