Saakaşvili: “Oliqarxlarla işləməmək üçün...”
Tarix: 5-11-2015, 11:52 |
Çap et
Mən oliqarxlarla heç bir ümumi iş görmək istəmirəm.
Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili söyləyib. O, Ukraynada reformların bayraqdarı olmaq istədiyini bildirib:
“Mən böyük dəyişikliklər və reformlarda iştirak etmək istəyirəm. Bunu istənilən cür edə bilərəm. Baş nazir olmaq üçün kampaniyaya başlamaq, arzuladığım bir şey deyil. Bütün partiyalardan imtina etmişəm, çünki oliqarxlarla heç bir ümumi iş görmək istəmirəm. Əsas niyyətim Ukraynadakı reformların bayaraqdarı olmaqdır”.
Qeyd edək ki, bir müddət Ukraynanın Baş naziri Arsen Yaçenyuk Mixail Saakaşvilini sərt tənqid etmişdi. O, Saakaşvilinin Gürcüstandakı reformlarının uğursuz olduğunu bildirmişdi.