“125 lər"-in siyasi fəaliyyəti barədə QƏRAR - İlhamiyyə Rza
Tarix: 5-11-2015, 11:49 | Çap et
“125 lər"-in siyasi fəaliyyəti barədə QƏRAR - İlhamiyyə Rza
“125-lər klubu yarananda ölkə ictimai-siyasi həyatına töhfə vermək üçün təsis edilmişdi. Parlament bizim yaxın hədəflərimizdən biri idi”.

Bu sözləri 125-lər klububun gələcək taleyi barədə Hafta.az-a açıqlama verən İlhamiyyə Rza deyib. Xanım siyasətçinin sözlərinə görə, onların ilk işi seçkilərə qatılaraq uğur qazanmaq üçün təşkilatlanmaq olub:

“ Biz seçkidə iştirak edib uğurlar əldə etmək üçün təşkilatlanmışdıq. Təəssüf ki, Milli Məclisdə təmsil oluna bilmədik. Parlament Azərbaycanda azad cəmiyyətin formalaşdırılması üçün birinci mərhələ idi bizim üçün. Amma düşünürəm ki, fəaliyyətimiz bundan sonra da davam edəcək. Təşkilatımız tezliklə toplaşaraq yeni fəaliyyət planını təsdiq edəcək. Müzakirələrə ehtiyac var qurumun digər üzvlərinin mövqeyi bizim üçün önəmlidir”.

125-lər siyasi klubunun təsisçisi qurumun fəaliyyətini uğurlu hesab etdiyini bildirdi:

“Biz Azərbaycanın ictimai-siyasi həyatına yeni simalar gətirdik. Bunlar kifayət qədər parlaq şəxslərdir. Bu insanlar ölkənin ictimai həyatına canlanma gətirə biliblər. Düşünürəm ki, bundan sonra da təşkilat olaraq cəmiyyətin quruculuğuna öz töhvəmizi verə biləcəyik. 125-lər siyasi klubunun qısa müddət ərzində gördüyü bu işləri uğurlu hesab edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net