Türkiyə ABŞ-a qalib gəldi
Tarix: 5-11-2015, 10:39 |
Çap et
ABŞ artıq YPG-yə silah-sursat verməyəcək.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın İraq və Suriyada apardığı əməliyyatların sözçüsü Stiv Varren deyib.
O, bundan sonra silah yardımının yalnız Suriya müxalifətinə ediləcəyini bildirib:
“ABŞ artıq peşmərgəyə silah-sursat verməyəcək. Daha öncə havadan göndərdiyimiz silahlar Suriya Ərəb Koalisiyası üçündü. Bundan sonra bütün silah yardımı yalnız Suriya müxalifətinə ediləcək. Hazırki siyasətimiz budur. Türkiyənin bu məsələdə narahatlığını anlayırıq. Türkiyə NATO-nun üzvüdür və İŞİD-lə mübarizədə yaxın müttəfiqimizdir”.
Qeyd edək ki, ABŞ oktyabrın 12-də PYD-yə 50 ton silah göndərib. ABŞ-ın bu addımı Türkiyə tərəfindən etirazla qarşılanıb.
Türkiyə YPG-ni terror təşkilatı kimi qəbul edir. Lakin ABŞ və Rusiya Ankaraya qarşı çıxaraq PYD-nin terror təşkilatı olmadığını bildirir.