ABŞ Suriya “müxalifət”inin “Əl Qaidə”yə qoşulduğunu etiraf etdi
Tarix: 5-11-2015, 10:06 | Çap et
ABŞ Suriya “müxalifət”inin “Əl Qaidə”yə qoşulduğunu etiraf etdi
Suriyadakı “mötədil müxalifət”in bir hissəsi “Əl Qaidə”nin yerli qolu hesab edilən “Cəbhə ən Nüsrə” ekstremist qruplaşması ilə birləşib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Enn Patterson bildirib.

““Əl Qaidə”nin yerli qolu hesab “Cəbhə ən Nüsrə” müxtəlif mötədil qrupları öz tərkibinə daxil edib”, deyə Patterson Konqresdə keçirilən dinlənələr zamanı bildirib.

Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi ABŞ-ın “Cəbhə ən Nüsrə” ilə əməkdaşlığa hazır olub-olmaması ilə bağlı suala cavab verməkdən boyun qaçırıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net