Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçiriləcək
Tarix: 4-11-2015, 16:06 | Çap et
Dövlət Bayrağı Günü ilə əlaqədar veloyürüş keçiriləcək
9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Bayrağımız - qürur mənbəyimizdir!" devizi altında veloyürüş keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, yürüş noyabrın 7-si, saat 11:30-da Dövlət Bayrağı Meydanından start götürəcək.

İştirakçılar Bayraq Meydanı - Azneft prospekti - Dəniz limanı - Heydər Əliyev Mərkəzi və əks istiqamətdə hərəkət edəcəklər. 16.5 km-lik yürüş elə başladığı yerdə - Dövlət Bayrağı Meydanında başa çatacaq.

Bununla əlaqədar Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyası velosiped sürməkdən zövq alan gəncləri yürüşə dəvət edir. İştirakçılar velosiped və baş geyimlərini özləri ilə gətirməlidirlər. Yürüşdə iştirak etmək istəyənlər (012) 566-74-88 nömrəli telefona zəng edərək AVİF-in mətbuat xidməti ilə əlaqə saxlaya bilərlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net