Məşhur falçı tövbə etdi: "Daha yorulmuşam"
Tarix: 4-11-2015, 15:42 |
Çap et
Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının falçılıqla bağlı qadağasına münasibət bildirib.
Y.Zeynalova Modern.az saytına açıqlamasında Mübariz Qurbanlını dəstəkləyib:
“Quranla fala baxanlar, dualar yazanların fəaliyyəti qadağan olunmalıdır. Çünki həqiqətən də Quranda cadu, baxıcılıq yoxdur. Olmayıb, olmayacaq da. 100 dəfə dua yazırlar, olur ki, 1 dəfə tutur. Məşhur televiziya rəhbəri var, (baxıcı adını çəksə də, biz yazmağa lüzum görmədik-red.) onun atası da falçılıqla məşğul olub. Mən görməmişəm, amma camaatın dediyini deyirəm”.
Baxıcı deyib ki, artıq bu işlərlə məşğul olmur:
“Mən Həcc ziyarətinə hazırlaşıram. Gedib-gələndən sonra tövbə edəcəm. Daha baxıcılıqdan yorulmuşam. İndi qoy Zirəddin cavab versin belə məsələlərə. Mən tövbə eləmişəm”.