Sülhəddin Əkbər: “Mən Mədət Quliyevi demək olar ki, tanımıram”
Tarix: 4-11-2015, 15:14 | Çap et
Sülhəddin Əkbər: “Mən Mədət Quliyevi demək olar ki, tanımıram”
“MTN-də baş verən dəyişikliklər yanlız o zaman müsbət nəticə verə bilər ki, bütün ölkədə köklü demokratik islahatlar aparılsın “

“MTN-də kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil”

Bu sözləri Azərbaycan Atlantik Əməkdaşlıq Təşkilatının sədri, Azad Demokratlar Partiyası, AXC hakimiyyəti dönəminədə Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsində çalışan Sülhəddin Əkbər son iki həftə ərzində MTN-də həyata keçirilən həbslərlə müşaiyət olunan kadr dəyişikliklərini PİA.AZ-a şərh edərkən bildirib.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələr ətrafında müzakirələr səngimək bilmir. Baş verən hadisələrlə bağlı MTN-də kadr islahatları həyata keçirilir. Nazirlikdə bir çox yüksək rütbəli şəxs vəzifəsindən azad olunaraq həbs olunub, yaxud vəzifədən alınıb.

Sülhəddin Əkbər mövzu ilə bağlı açıqlamasında bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir:

“MTN-də baş verən dəyişikliklər yanlız o zaman müsbət nəticə verə bilər ki, bütün ölkədə köklü demokratik islahatlar aparılsın. O cümlədən də, MTN daxilində islahatlar aparılsın. Əks təqdirdə, orada kadr dəyişikliyi etməklə hər hansı bir müsbət nəticə əldə etmək mümkün deyil.

Ola bilsin ki, müəyyən müsbət nəticələr olsun, amma bu elə də köklü dəyişikliklərə gətirib çıxara bilməz. MTN Azərbaycan Respublikasının orqanlarından yalnız biridir və bütövlükdə sistemdə demokratik islahatlar aparılmadan, korrupsiyaya son qoyulmadan, demokratik dəyərlərə dayanan siyasət yürütmədən hər hansısa köklü dəyişikliyə nail olmaq mümkün deyil”.

Açıqlamasında Sülhəddin Əkbər həmçinin ölkə prezidentinin fərmanı ilə Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsinz təyin olunan Mədət Quliyevin MTN kimi strateji bir quruma rəhbərlik etmək üçün yetərli dərərcədə peşəkarlığı ilə bağlı öz fikirlərini bildirib:

“Mən Mədət Quliyevi demək olar ki, tanımıram. Uzun müddət bundan öncə, yəni 1991-ci ilin əvvələrində tanışlığım olub, amma bir yerdə işləməmişik. Ona görə də onun peşəkarlığı barədə bir söz deyə bilmərəm. Amma mən həmişə o fikirdə olmuşam ki, Milli Təhlükəsizlik Nazirliyinə milli təhlükəsizlik sahəsi üzrə mütəxəssis və yaxud da siyasətçi rəhbərlik etməlidir. Çünki orada köklü islahatlara ehtiyac var. Bunun üçün də, ölkədə bütövlükdə demokratik, siyasi, iqtisadi, müdafiə təhlükəsizliyi sahəsində islahatlara ehtiyac olduğunu düşünürəm. Əgər bir struktur əyri qurulubsa, onun rəhbərliyinə kimin gətirilməsinin xeyri yoxdur”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net