39 yaşlı qadını maşın vurub qaçdı
Tarix: 4-11-2015, 15:07 | Çap et
39 yaşlı qadını maşın vurub qaçdı
Gəncə şəhərində maşın vuran piyada xəstəxanaya yerləşdirilib.

Gəncə Şəhər Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Şəhər sakini, 1976-ci il təvəllüdlü Pərvanə Abbas qızı Şirinova yolu keçmək istəyərkən hələlik istintaqla müəyyən edilməyən naməlim avtomobil tərəfindən vurulub. Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan ANS PRESS-ə yaralının vəziyyətinin orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Oktyabr ayının 16-da da Gəncədə yolu keçən tələbə qızı avtomobil vurub.

Həsən Bəy Zərdabi adına Gəncə Pedoqoji Universitetinin tələbəsi, Ağdaş rayonunun Ləki qəsəbəsindən olan, 1995-ci il təvəllüdlü Afaq İnqilab qızı Bayramova yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Hadisə universitetin qarşısında baş verib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net