İlahiyyatçılardan Sərdar Cəlaloğluna ironik CAVAB: “Danışsın nə qədər istəyir, demokratiyadır”
Tarix: 4-11-2015, 13:19 |
Çap et
Son zamanlar dini mövzuda verdiyi açıqlamalarla gündəmə gələn Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az saytının “Siyasətçi və din” rubrikası üçün verdiyi müsahibə müzakirələrə səbəb olub.
Həmin müsahibədə Sərdar Cəlaloğlu Azərbaycandakı din xadimlərinin “Quran”ı yaxşı başa düşmədiyini deyib:
“Müsəlmanların indi bu günə düşməsinin səbəbi odur ki, İslam dinində alim yoxdur. Hacı Şahin Həsənli, Hacı Taleh Bağırzadə və Hacı Qamət “Quran”ı tam və mükəmməl şəkildə bilmədiyinə görə, hamısı İslamı düz təbliğ etmirlər”,-deyə o bildirib.
Məsələ ilə bağlı Modern.az qarşı tərəfin münasibətini öyrənib.
“Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli bildirib ki, əslində, Sərdar Cavaboğluna cavab vermək düz deyil.
“Amma hamı bizi tanıyır və fəaliyyətimiz göz qabağındadır. Bütün çıxışlarımızda da məhz “Quran” həqiqətləri ətrafında, ayələrin izahı və təfsiri əsasında danışırıq. Bizim “Quran”dan məlumatsız olmağımız fikrini ilk dəfədir ki, eşidirəm. Bircə onu deyə bilərəm ki, hər kəs göz önündədir”.
“Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanovun isə cavabı daha ironik olub: “Ola bilər, mən hələ də öyrənirəm. Yəqin Sərdar Cəlaloğlu dini daha yaxşı bilir. Daha nə deyim. Danışsın nə qədər istəyir. Demokratiyadır”