Gözəllik salonuna pəncərədən girən kişi tutuldu
Tarix: 4-11-2015, 13:02 |
Çap et
Gəncədə törədilmiş oğurluğun üstü açılıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Xudaverdiyevə məxsus gözəllik salonundan pəncərədən girmək yolu ilə 300 manat oğurlanıb. Hadisəni törətmiş Gəncəsakini, əvvəllər məhkum olunmuş Ərəstun Məmmədov tutulub.