"Aynişan gərək deyəydi ki, şairin də, bəstəkarın da yubileyi yüksək səviyyədə keçirilib"
Tarix: 4-11-2015, 13:00 |
Çap et
“O səs Türkiyə” mahnı yarışına qatılan, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva xalq şairi Fikrət Qocanın sözlərinə Polad Bülbüloğlunun bəstələdiyi “Gəl, ey səhər” mahnısını ifa edib. Lakin ifa zamanı efirdə əksini tapan titrdə bəstəkarın adı qeyd olunsa da, sözlərin müəllifi anonim göstərilib.
Məsələyə münasibət bilidirən Fikrət Qoca Moderator.az-a açıqlamasında deyib ki, Aynişan gəncdir, səhv edə, çaşa bilər, bunların baş verməməsi onu bu yarışa hazırlamaq lazım idi: "Mənim 500-dən çox şeirimə mahnı bəstələnib. Onların böyük əksəriyyəti dillərdə əzbər, sözlərini kimin yazdığını hər kəs bilir. Eybi yox, qoy biri də anonim olsun. Aynişan gəncdir, o, çaşa da bilər, kimlərsə çaşdıra da. Nə olsun ki, Türkiyə qardaş ölkədir. Gərək o burdan ora hazırlıqlı gedəydi. Hətta yaxşı olardı orda desin ki, bu mahnının sözlərinin müəllifinin də, bəstəkarının da bu il yubileyləri ölkəmizdə yüksək səviyyədə qeyd olunub. Amma yenə deyərim mən onda günah görmürəm. Onu hazırlayıb ora göndərmək lazım idi. Bu iş də əsasən onun anasının üzərinə düşürdü".