90 İŞİD-çi öldürüldü
Tarix: 4-11-2015, 11:08 | Çap et
90 İŞİD-çi öldürüldü
İŞİD terror təşkilatı növbəti dəfə Deyr əz-Zorda Suriya ordusuna hücum təşkil edib.

Axar.az xəbər verir ki, terrorçuların bu hücumu da uğursuzluğa düçar olub.

Suriya Hərbi Hava Qüvvələrinin cavab hücumu nəticəsində İŞİD-in 90 döyüşçüsü öldürülüb, 7 zirehli texnikası məhv edilib.

Hazırda Suriya ordusunun hava hücumlarının davam etdiyi, İŞİD-in isə irəliləyə bilmədiyi bildirilir.

Qeyd edək ki, Deyr əz-Zor şəhəri strateji önəmə sahibdir. Burada rejimin hərbi bazası, hava limanı və neft yataqları var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net