ABŞ Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarına davamlı sadiqliyini alqışlayır
Tarix: 3-11-2015, 16:57 | Çap et
ABŞ Azərbaycanın Əfqanıstanda NATO əməliyyatlarına davamlı sadiqliyini alqışlayır
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın Əfqanıstanda NATO-nun əməliyyatlarına davamlı sadiqliyini alqışlayır. Trend-in mlumatına görə, bu barədə Birləşmiş Ştatların Bakıdakı səfirliyinin "Twitter" səhifəsində yazılıb.

Qeyd olunur ki, ABŞ Əfqanıstanda sülhməramlı əməliyyatlarda Azərbaycanın vacib rolunu yüksək qiymətləndirir.

Qeyd edək ki, Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net