Tanınmış ekstrasens: “Falçılıq qadağan olunsa...”
Tarix: 3-11-2015, 16:32 |
Çap et
Bizim belə insanlara qarşı müdafiəmiz namazımızdır.
Bu sözləri tanınmış ekstrasens Elşən Məmmədov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi haqda qərarı ilə bağlı Axar.az-a danışarkən deyib:
“Təbii ki, bu barədə qanun çıxsa, buna qeyd-şərtsiz riayət etmək lazımdır. Ümumiyyətlə, islam dinində belə bir şey var ki, qeybdən xəbər vermək günahdır. Amma pis-pis işlərə əl atanlar elə lap əzəldən cadularla, magik əməllərlə məşğul olublar. Bizim belə insanlara qarşı müdafiəmiz namazımızdır. Bu pis cadulardan qorunmaq üçün Quranda xüsusi surələr, ayələr var. Bundan istifadə etməyin nəyi pisdir? İndi müzakirə gedir, əgər qərar qüvvəyə minsə, mən də buna əməl edib fəaliyyətimi dayandıracağam”.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, qərar layihəsi təsdiqlənəcəyi təqdirdə falçılıqla məşğul olanların da fəaliyyəti dayandırılacaq.