Ailəsi İŞİD-ə qoşulan şəxs generalla görüşdü – İş DİN-in nəzarətində
Tarix: 3-11-2015, 16:29 | Çap et
Ailəsi İŞİD-ə qoşulan şəxs generalla görüşdü – İş DİN-in nəzarətində
İki azyaşlı övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifova ilə bağlı məsələ Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb. Bu barədə P.Yusifovanın həyat yoldaşı İlqar Yusifov məlumat verib.

Bildirib ki, onun ailəsinin ölkədən qanunsuz şəkildə çıxarılması ilə bağlı yazı bir neçə mətbuat orqanında tirajlandıqdan sonra DİN bu məsələyə reaksiya verib. İ.Yusifov nazirliyə çağırılıb və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski ilə görüşüb.

Görüşdə generalın suallarını cavablandırıb. General məsələ ilə bağlı geniş araşdırılma başladılması ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, Bakı sakini İlqar Yusifov ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Dazili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb.

Dövlət Sərhəd Xidməti də məsələ ilə açıqlama verərək araşdırma başladıldığını qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyi isə deyilənləri cəfəngiyyat adlandırıb.
aznews





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net