Araz Əlizadədən misli görünməmiş nəticə
Tarix: 3-11-2015, 16:25 |
Çap et
35 saylı Xətai 3-cü seçki dairəsi Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə üçün misli görünməmiş seçki nəticələri yayıb.
Moderator.az-ın məlumatına görə, 18 saylı məntəqədə 1479 seçicidən 1240 nəfəri Araz Əlizadəyə səs verib. Azərbaycanda heç bir namizədə heç bir məntəqədən bu qədər səs yazılmayıb. Bu, 5500-ə yaxın məntəqənin ən yüksək göstəricisidir.
İkinci yüksək göstərici də Araz Əlizadəyə məxsusdur. Yenə də eyni seçki dairəsinin 26-cı məntəqəsində 1330 seçicidən 1315-i seçkidə iştirak edib. Bu seçicilərin 99 faizi deməkdir. Heç bir məntəqədə bu qədər iştirak faizi yoxdur. Bu seçicilərin isə 1093-ü Araz Əlizadəyə səs verib.